top of page
Search

Qonşunun vurduğu zərərə görə məsuliyyət: Mülki hüquqi baxış

Bəzən hadisələr elə cərəyan edir ki, qonşu qonşunun mülkiyyətinə ziyan vurur. Bu məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir.

Qonşunun binada mülkiyyətçiyə vurduğu zərərin əvəzi könüllü qaydada ödənilmədikdə, məhkəmə qaydasında tələb oluna bilər. Bunun üçün hər hansı digər orqana (Mənzil Kommunal İstismar sahəsi və s.) müraciət etməyə ehtiyac yoxdur. Əgər zərər binadan nəyinsə atılması və ya axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs - yəni hansı otaqdan atılıb və ya axıdılıbsa, həmin otağı tutan şəxs daşıyır. Əgər qarşısıalınmaz qüvvə (təbiət hadisələri, fövqəladə hallar, hərbi vəziyyət və s.) olarsa, həmçinin zərərçəkənin hər hansı təqsiri olarsa məsuliyyət istisna oluna bilər.

Əgər qonşunun yenidən zərər vurma ehtimalı varsa, bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddia da məhkəməyə verilə bilər. (111.2-ci maddə) Məsələn, yuxarı mərtəbədə yaşayan qonşunun kanalizasiya xətləri nasaz olduqda.

Əgər zərər vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın istismarı və ya fəaliyyətinin nəticəsidirsə, məhkəmə zərərin əvəzini ödəmək vəzifəsi ilə yanaşı zərər vurana (cavabdehə) həmin fəaliyyəti dayandırmaq vəzifəsini də qoya bilər. (1098.2)

Zərərin əvəzini ödəmək üçün iddia müddəti müəyyən edilməmişdir. (384.0.4)

Əgər siz qonşuluq münasibətində dəymiş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək istəyirsinizsə, iddianı daşınmaz əmlakınızın rəsmi qeydə alındığı ərazi üzrə verməlisiniz. (mpm 39.1)

Məhkəmədə çəkdiyiniz xərclərin əvəzi əgər iddianız təmin olunarsa, ona mütənasib surətdə dövlət mədaxilinə cavabdehdən alınır.


 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page