top of page
Search

Onlayn trolluq və şantajın hüquqi tənzimlənməsi və ona qarşı mübarizəsi mexanizmi

Bu gün sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin sosial media platformaları təkcə ünsiyyət və paylaşım məkanı deyil, bəzən hüquq pozuntularının baş verdiyi mühitin mərkəzi olur. Son illər internetdə şəxslərə qarşı təhqir, alçaltma, şəxsi məlumatların yayılması kimi halların artması narahatlıq doğurur. Xüsusilə trolluq və onlayn şantaj kimi davranışlar həm şəxsi azadlıqlara, həm də hüquqi təhlükəsizliyə ciddi təhdid yaradır. Qeyd etmək lazımdır ki, bu cür problemlərin həlli istiqamətində ölkəmizdə hüquqi tədbirlər görülür. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi hər bir şəxsin şəxsi həyatının toxunulmazlığını təmin edir və şəxsi məlumatların qanunsuz toplanması və yayılması qadağandır.

Trolluq - bir şəxsi təhqir və ya alçaltma məqsədilə davamlı psixoloji təzyiq göstərmək forması kimi təzahür edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində (Təhqir) bu hərəkətlərə görə məsuliyyət nəzərdə tutulmuşdur. Bu hallarda şəxsin şərəf və ləyaqətinin müdafiəsi hüququ təmin olunmalıdır.

Onlayn şantaj isə şəxsi məlumatların yayılması ilə hədə-qorxu gəlmək, maddi və ya mənəvi təzyiq göstərmək məqsədi daşıyır. Bu, Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən (Hədə-qorxu ilə tələb etmə) cinayət məsuliyyəti yaradır. Hətta şəxsi yazışmaların icazəsiz yayımlanması belə 156-cı maddəyə (Şəxsi həyatın toxunulmazlığının pozulması) uyğun olaraq məsuliyyətə cəlb oluna bilər.

Məsələn, təsəvvür edin ki, bir şəxs sosial şəbəkədə tanış olduğu şəxs tərəfindən şəxsi fotoları yaymaqla təhdid olunur. Bu kimi hallarda dərhal Daxili İşlər Nazirliyinə müraciət edilməlidir.

Göründüyü kimi, sosial şəbəkələrdəki görünməyən təhlükələrə qarşı hüquqi maarifləndirmə və aktiv müdafiə yolları çox vacibdir.

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsi, maddə 148 (Təhqir), 30 dekabr 1999-cu il.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsi, maddələr 182 və 156 (Hədə-qorxu ilə tələb etmə və şəxsi həyatın toxunulmazlığının pozulması), 30 dekabr 1999-cu il.

3. Avropa Şurası, “Kibercinayətlər haqqında Konvensiya” (Budapeşt Konvensiyası), 23 noyabr 2001-ci il.

4. Azərbaycan Respublikası Konstitusiyası, maddə 32 (Şəxsi həyatın toxunulmazlığı), 12 noyabr 1995-ci il


 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page