top of page
Search

Miras qoyanın vərəsələrinin susması: Hüquqi nəticələr və kreditorun hüquqları

Updated: Aug 2

Praktikada problemli məsələlərdən biri vəfat edən şəxsin kreditorlarına olan öhdəliklərinin həmin şəxsin vərəsələrinə ötürülməsi məsələsidir. Təsəvvür edin ki, bank müdirisiz, borclu X adlı şəxs vəfat edir, siz şəxsin vərəsələrindən həmin öhdəliyi yerinə yetirməsini tələb edirkən vərəsələr həmin mirası qəbul etməklə bağlı notariat qaydada təsdiq etməkdəkilərini bildirirlər, bu halda siz həmin şəxsin borcunu kimdən tələb etməlisiz? Bu suala cavab verməzdən əvvəl şəxs vəfat etdikdən sonra vərəsələrinin həmin şəxsin mirasının qəbulu məsələsinə diqqət yetirək.

Mülki Məcəllənin qüvvədən düşmüş 1273-1 maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədiyi halda, susan vərəsənin payının digər vərəsələrə, mirasın sonrakı növbənin vərəsələrinə keçməsini nəzərdə tutur. Məsələn oğul atanın mirasını rəsmi olaraq qəbul etmirsə, onda digər vərəsələrə avtomatik olaraq keçirdi. Bu maddəyə əsasən vərəsənin susması mirasdan imtina etməsi kimi təfsir olunduğundan praktikada bu problemlə bağlı çoxlu hallar özünü göstərirdi. Faktiki olaraq vərəsə notariat qaydada mirası qəbulu etməsini təsdiq etməməsinə baxmayaraq, həmin mirasdan istifadə edirdi. Burada isə miras qoyanın kreditorlarının hüquqlarının pozulması ilə nəticələnirdi.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il Plenum Qərarına əsasən, vərəsənin susması mirasdan imtina kimi təfsir olunması həm vərəsənin, həm də digər kreditorların konstitusion hüquqlarını pozduğu üçün, 1273-1-ci maddə qüvvədən düşmüş və vərəsənin susması həmin mirasdan məcburi payın həmin vərəsə üçün bölünməsi nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Yəni, artıq miras qoyan öldükdən sonra miras birbaşa olaraq vərəsələrin mülkiyyətinə keçir və kreditor öz borclarını miras qoyanın vərəsələrindən tələb edə bilərlər.

1. AR Mülki Məcəlləsi, maddə 1256; 1273-1

2. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il Plenum Qərarı

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page