top of page
Search

Girov yüklü əşyanın mülkiyyətçisinin dəyişməsi: Hüquqi əsası

Girov qoyulmuş əşyanın mülkiyyətçisinin dəyişməsi müəyyən hallar istisna olmaqla girov hüququnu dəyişdirmir. Bu istisnalar isə “Daşınar əmlakın yüklülüyü haqqında” qanunla müəyyənləşir. Bu istisnalar aşağıdakılardır:

1. Yüklülük predmeti özgəninkiləşdirilərkən onun yüklü olması haqqında reyestrdə qeydlər olmadıqda - məsələn, əşya girov qoyulub, lakin bu girov hüququ resyetrdə qeyd edilməyib, belə olan halda mülkiyyətçi dəyişirsə, yüklülük sahibinin yüklülük və ya üstünlük hüququ dəyişə bilər.

2. Yüklülük sahibi yüklülüyə xitam verməklə predmetin özgəninkiləşdirilməsinə icazə verdikdə - bu müddəa razılığın hüquqi nəticə doğurması prinsipinə əsaslanır (consensus facit legem), yəni yüklülük sahibi öz razılığı ilə yüklülüyə xitam verə və predmetin özgəninkiləşdirilməsinə şərait yarada bilər.

3. Yüklülük predmetinin özgəninkiləşdirilməsi dövriyyədəki mallar üzərində mülkiyyət hüququnun dəyişdirilməsi prosesində baş verdikdə - bu halı bir nümunə ilə izah edək: Fikrət satıcılıq fəaliyyəti ilə məşğuldur və anbarında olan malları girov qoymuşdur. Bu mallar dövriyyədə olduğundan tərəflər arasında bağlanmış müqavilədə onların satışına razılıq verildiyi göstərilmişdir. Nəticədə, bu malları alan şəxs vicdanlı əldə edən sayılır və mülkiyyət hüququ əldə edir. Bu halda girov hüququ həmin mallar üzərində qüvvədən düşür.

"Daşınar əşyanın yüklülüyü haqqında" 2 may 2017-ci il tarixli Azərbaycan Respublikası Qanunu

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page