Məhəmməd Qasımov
Layihələrin təşkili Departamenti
Mən-Qasımov Məhəmməd , 2024-cü ildə ümumilikdə 679.0 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olaraq hüquqşünaslıq (tədris ingilis dilində) ixtisası üzrə təhsil alıram. Asudə vaxtlarımı maksimum dərəcədə səmərəli keçirmək məqsədilə kitab oxuyur, dünyagörüşümü artıracaq və zövqümü oxşayan filmlər izləyir, daimi olaraq idmanla məşğul olur və könüllülük fəaliyyəti göstərirəm. "Kalkhan" komandasını mənim üçün cəlbedici və unikal edən digər komanda və təşkilatlardan fərqli olaraq daha səmimi mühit və davamlı şəkildə hüquq sahəsində ad qoymuş şəxslərdən praktiki məlumatlar əldə etməkdir. Komandada olduğum müddət ərzində bloqların və postların hazırlanmasında iştirak etmiş, xüsusi marağım olan "Baristokrat" layihəsindən
görüşlərin aktivliyinin artırılmasında fəaliyyət göstərmiş və bir çox şəxsləri bu görüşlərə cəlb etmişəm.

_edited.jpg)