top of page

Fatimə Məmmədli

Analitik Yazı Departamenti

Mən- Məmmədli Fatimə , qanunların sərt ruhu ilə yanaşı, onların yaradıcıllıqla boyanmış ahəngini sevən gənc hüquqşünasam. Kitab oxumaqla, filmlər, seriallar izləməklə, yeni yerlər və dadlar kəşf etməklə yaradıcıllıq bacarığımı zənginləşdirməyi sevirəm. Hüquqi mövzulara analitik baxışla yanaşmağı və fikirlərimi aydın, anlaşılan formada ifadə etməyi sevirəm. Hazırda “Kalkhan” platformasında Analitik Yazı Departamentinin rəhbəri kimi bloq mövzularının seçilməsi, məqalələrin yazılması və qiymətləndirilməsi proseslərinə rəhbərlik edirəm. İlk bloq yazım — “İş saatından artıq iş: Hüquqi tənzimləmə, işçinin hüquqları və əlçatanlıq” — “Kalkhan”dakı fəaliyyətimin başlanğıcı olub və mənim üçün dəyərli təcrübə yaradır.

"Kalkhan" mənim üçün sadəcə bir birlik deyil, ideyaların çiçək açdığı, ruhun qanadlandığı bir mühitdir. Bu komandanın bir parçası olmaqda məqsədim hüququ yaşadan, başqalarına sevdirən və hər kəs üçün anlaşılan etmək üçün çalışan biri kimi cəmiyyətə töhfə verməkdir.

Fatimə Məmmədli
bottom of page