top of page

Fəqan Məmmədov

Müsabiqələrin təşkili və Qiymətləndirilməsi komandası

Mən - Fəqan Məmmədov , 2021-ci ildə Dövlət Gömrük Komitəsinin Akademiyasına daxil olmuşam və burada hüquqşünaslıq ixtisası üzrə təhsil almışam. Akademiyanı 2025-ci ildə bitirmişəm. İxtisasıma daxil olan hüquq sahələrindən ən sevdiyim və daha çox maraq göstərdiyim sahə cinayət hüququdur. Əlavə olaraq, boş vaxtlarımda psixologiya ilə bağlı məlumatlar əldə etməyi və hüquq sahəsinə aid olan əlavə məlumatlar əldə etməyi sevirəm. "Kalkhan" komandasına üzv olmağımın əsas səbəbləri kimi həm özümü hüququn müxtəlif sahələri üzrə inkişaf etdirməyi, həm də cəmiyyət üçün faydalı fəaliyyət göstərməyi qeyd etmək olar. "Kalkhan" komandasında hüquqi paylaşımların hazırlanması, kazusların və onların cavablarının tərtib olunması, kazus müsabiqəsində iştirak edənlər arasında ən düzgün cavabı yazanın müəyyən edilməsi və qalibin seçilməsi, hüquq jurnalının hazırlanması, müxtəlif məzmunlu bloqların hazırlanması və s. kimi fəaliyyətlərlə məşğul oluram.

Fəqan Məmmədov
bottom of page