top of page

Ceyran Bayramova

Nəşr və Elmi-Məqalə işləri Departamenti

Mən-Ceyran Bayramova, 2025-ci ildə Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasını bitirmişəm. Hazırda Bakı Dövlət Universitetində Kommersiya Hüququ ixtisası üzrə magistratura təhsili alıram. 2024-cü ildə Femida Könüllüləri Təşkilatında fəaliyyət göstərmiş, “Dİ'VAN” Milli Məhkəmə Simulyasiyası layihəsinin planlaşdırılması və təşkilində yaxından iştirak etmişəm.Boş vaxtlarımda səyahət etməyi, təbiətdə vaxt keçirməyi, velosiped sürməyi və musiqi dinləməyi sevirəm.

KalkHan mənim üçün yalnız bir platforma deyil, həm də hüquqi biliklərimi daha sadə, anlaşılan və əyləncəli formada cəmiyyətlə bölüşmək imkanı yaradan mühüm bir məktəbdir. Burada çalışarkən hüququn müxtəlif sahələri üzrə araşdırmalar aparır, maarifləndirici postlar hazırlayır, bloq məqalələri yazır və jurnalın hazırlanmasında iştirak edirəm. “Ştat ixtisarı: İşçilərin əsassız işdən çıxarılması” adlı məqalənin həmmüəllifiyəm. Bundan əlavə, “Hamilə qadınların əmək hüquqlarının hüquqi tənzimlənməsi” mövzusunda blog yazısı təqdim etmişəm.

Ceyran Bayramova
bottom of page