top of page
Search

Sığorta müqavilələri və icbari sığortanın növləri

Updated: Dec 18, 2025

Sığorta həyatımızda gözlənilməz hadisələr zamanı maddi zərərin qarşısını almaq üçün ən etibarlı vasitələrdən biridir. Bəs sığorta müqaviləsi nədir və biz istehlakçı kimi sığorta müqaviləsi bağlayarkən nələri bilməliyik?

Sığorta müqaviləsi sığorta alan şəxs ilə sığorta şirkəti arasında yazılı bağlanan razılaşmadır. Bu razılaşmaya əsasən, sığortalı müəyyən bir sığorta haqqı (pul) ödəyir, sığorta şirkəti isə əvəzində hər hansı bir hadisə nəticəsində dəyən zərəri ödəməyi öz üzərinə götürür. Sığorta müqaviləsinin bağlanması faktını sığorta şəhadətnaməsi təsdiq edir.

Sığorta müqaviləsi tərəflərin sərbəst razılığı əsasında bağlanır (könüllü sığorta). Lakin, qanun bəzi hallarda sığorta müqaviləsi bağlamağı həm sığorta alan şəxsin, həm də sığorta şirkətinin üzərinə öhdəlik olaraq qoyur (icbari sığorta).

Sizinlə bu yazıda icbari sığortanın növləri ilə tanış olacağıq.

İcbari sığortanın növlərindən biri olan “daşınmaz əmlakın icbari sığortası” daşınmaz əmlaka yanğın və ya digər hadisələr nəticəsində dəyən zərərin əvəzinin sığorta şirkəti tərəfindən ödənilməsidir.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” müvafiq əmlakın istismarı zamanı başqalarının sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin sığorta şirkəti tərəfindən ödənilməsidir. Bu halda daşınmaz əmlakın özünə dəyən zərər sığorta şirkəti tərəfindən ödənilmir. Məsələn, diqqətsizlik nəticəsində evini su basması və alt qonşuya dəymiş ziyana görə qonşuya dəymiş ziyanı ödəyən sığorta şirkəti şəxsin öz daşınmaz əmlakı ilə bağlı ödəniş etməyəcək

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” isə maşının istifadəsi nəticəsində başqalarının sağlamlığına və əmlakına vurulan zərərlərin əvəzinin sığorta şirkəti tərəfindən ödənilməsidir. Bu halda da maşının özünə dəyən zərər sığorta şirkəti tərəfindən ödənilmir.

Maşının özünə dəyən zərərin sığorta şirkəti tərəfindən ödənilməsi üçün icbari sığorta qanunda nəzərdə tutulmayıb.

Bu göstərilən sığorta növlərini və daha çoxunu könüllü qaydada da bağlamaq mümkündür. Bu zaman daha çox sığorta haqqı ödəməklə daha çox təminat əldə eləmək mümkündür.

İcbari sığorta üçün qaydalar və şərtlər “İcbari sığortalar haqqında” qanunda göstərilmişdir. Könüllü sığortada isə qaydalar və şərtlər Azərbaycan Respublikası Mülki Məcəlləsində və müqavilədə göstərilir. Bu zaman diqqətə alınmalıdır ki, sığorta müqaviləsinin bütün şərtləri sığorta şəhadətnaməsində göstərilənlərdən ibarət deyildir. Sığorta şəhadətnaməsində hər hansı növ “Sığorta qaydaları”na istinad oluna bilər. Bu qaydaları sığorta şirkətlərinin internet resurslarından əldə etməklə müqavilənin tam şərtləri ilə tanış olmaq mümkündür.

Sığorta müqaviləsi bağlayarkən diqqət edilməli olan digər məqam ondan ibarətdir ki, hadisəsi baş verən zaman sığortalı bu barədə dərhal sığorta şirkətinə xəbər verməlidir. Həmçinin, sığorta şirkətinin əməkdaşları hadisə yerinə gəlib baş keçirənədək zərər dəyən əmlak olduğu vəziyyətdə saxlanılmalıdır. Əgər bu qaydalara əməl edilməzsə və nəticədə sığorta şirkəti hadisəni tam araşdıra bilməzsə, şübhələr qalarsa, şirkət ödənişdən imtina edə bilər.


İstinadlar

1)   Azərbaycan Respublikası Mülki Məcəlləsi, 883, 897, 901, 915, 923, 925.5, 935

2)  “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu, 24.06.2011, 2, 3, 4-cü fəsillər


#sığortamüqaviləsi#icbarisığorta#sığortaolunan#sığortaçı

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page