KazHan: Mülkiyyət Hüququ

Vəli kəndin kənarında sahibsiz qalmış bir torpaq sahəsində ev tikir. Həmin ərazi uzun müddət istifadəsiz qaldığı üçün o, burada ev tikməyin heç bir problem yaratmayacağını düşünür. Əvvəlcə kiçik bir daxma qurur, sonra isə evi böyüdərək rahat yaşayış yerinə çevirir. Həyətdə meyvə ağacları əkir, tövlə tikir və burada təsərrüfatla məşğul olur. Lakin beş ildən sonra torpağın əsl sahibi – Kamran ortaya çıxır və həmin ərazinin ona məxsus olduğunu bildirir. O, dövlət reyestrindən çıxarış təqdim edərək torpağı atasından miras aldığını və rəsmi sahibi olduğunu qeyd edir. Kamran Vəlidən torpağı dərhal boşaltmasını və evin sökülməsini tələb edir. Vəli isə torpağı illərdir istifadə etdiyini, burada yaşamaq üçün xeyli pul və zəhmət sərf etdiyini əsas gətirərək çıxmaqdan imtina edir.
Suallar:
1)Vəli tikdiyi evə mülkiyyət hüququ əldə edə bilərmi?
2)Kamranın torpağı geri qaytarmaq hüququ varmı?
3)Bu mübahisənin qanuni həlli necə ola bilər?