Diş Həkiminin Səhvi: Ölümə Aparan Yol

Kazus:
Bakı şəhəri Binəqədi rayonu ərazisində yaşayan Azər kəskin diş ağrıları olduğu üçün Bakı şəhəri Səbail rayonunda yerləşən “X – Medical” klinikasına getmiş və kəskin diş ağrısının olduğunu bildirmişdir. Onu həmin klinikada stomatoloq kimi fəaliyyət göstərən Kənan adlı həkimə yönləndirmişlər. Kənan saat 15 radələrində müraciət edən Azərin dişində müəyyən tibbi prosedurlar aparmış və Kənana heç bir təlimat vermədən “Gedə bilərsən” demişdir. Təxminən 2 saat sonra – saat 17 radələrində Azər Kənana zəng edərək onun dişindəki ağrının daha da kəskinləşdiyini və evə getdiyi vaxtdan qanaxma başladığını və hələ də dayanmadığını bildirmişdir. Kənan isə ona narahat olmamasını və bir neçə saat sonra ağrının keçəcəyini və qanaxmanın dayanacağını bildirmişdir. 1 saat sonra - saat 18 radələrində Azər dünyasını dəyişmişdir. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları meyitə və hadisə yerinə baxış keçirmiş və məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. Ekspertin gəldiyi nəticə isə ondan ibarət olmuşdur ki, Azərin ölümünə səbəb onun dişində aparılan yanlış tibbi prosedurlar olmuşdur.
Suallar:
1) Kənanın əməlinə hüquqi qiymət verin (tətbiq olunacaq norma (normalar)).
2) Cinayətin istintaq və ərazi aidiyyətini müəyyən edin.
3) Əgər cinayət işi 01.01.2025-ci il tarixdə başlanmışdırsa, hansı tarixədək ibtidai istintaq başa çatmalıdır?
4) Əgər Kənan barəsində həbs qətimkan tədbiri seçiləcəksə, bu qətimkan tədbirinin müddətini müəyyən edin.