Cərəyanla gələn faciə

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən və neft emalını həyata keçirən “X-OIL" şirkətində elektrik mühəndisi kimi fəaliyyət göstərən Mehman 20.05.2025-ci il tarixdə öz əmək funksiyasını həyata keçirərkən onu elektrik cərəyanı vurmuşdur. Mehmanı Bakı şəhəri, Xətai rayonunda yerləşən xəstəxanaya çatdırsalar da, Mehman təxminən 10 dəqiqə sonra həyatının itirmişdir. Şirkətin sahibi olan Murad Mehmanın ailəsi üçün müavinət və əmək müqaviləsində nəzərdə tutulmuş əlavə ödənişləri ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən Mehmanın oğlu Cavad Muradla görüşüb ondan işə götürülməsini tələb etmiş və Muradın bunu etməyəcəyi təqdirdə bu ölümü cinayət kimi qələmə verəcəyini və onların işgüzar nüfuzuna ağır zərbə vuracağını qeyd etmişdir. Bundan çəkinən Murad əmək müqaviləsi olmadan Cavadı işlə təmin etmiş və həmin vəzifədə çalışan müharibə iştirakçısı olan Turalı işdən ştat ixtisarı əsası ilə tez bir zamanda çıxarmışdır. Sonradan Cavad Muradla əmək haqqının azlığı (minimum əmək haqqında daha aşağı məbləğdə) barəsində olan mübahisələrindən sonra işin araşdırılması üçün məhkəmə şikayət vermişdir. İşin araşdırılması zamanı məlum olmuşdur ki, şirkətin texniki təhlükəsizliyinə cavabdeh olan Vaqif tərəfindən Cavadın atasının ölümünə səbəb olan avadanlığın baxım vaxtı ötürülüb. Sonradan məlum olmuşdur ki, Mehmanın həmin dövrdə ürək xəstəliyi
olmuş və onu vuran elektrik cərəyanı ürəyin tutmasına və ölməsinə səbəb olmuşdur.
Suallar:
1)Kazusda qeyd edilən şəxslərin əməllərini tövsif edin.
2)Baş vermiş hadisənin istintaq və ərazi aidiyyətini müəyyən
edin (hər bir əmələ münasibətdə ayrı-ayrılıqda).