

22 fev, B.
|Google Meet
Konstitusionalizmin anlayışı və prinsipləri
Xəqani Orucov
Vaxt & Məkan
22 fev 2026, 20:00 – 21:30
Google Meet
Məlumat
Hörmətli izləyicilər,
"“LegaTrix” layihəsinin 2-ci modulu konstitusionalizm mövzusuna həsr olunacaqdır. Bu modul çərçivəsində konstitusional düşüncənin həm nəzəri əsasları, həm də praktik tətbiq mexanizmləri sistemli və müqayisəli yanaşma ilə təhlil ediləcəkdir. Modul üzrə üç təlim müzakirə nəzərdə tutulur:
1) Konstitusionalizmin anlayışı və prinsipləri
2) Konstitusion nəzəriyyələr və təfsir nəzəriyyələri
3) Konstitusiya nəzarəti
Modula daxil olan hər üç təlim müqayisəli analiz metodologiyası əsasında təqdim ediləcək, nəzəri-tarixi inkişaf xətti və müxtəlif ölkələrin məhkəmə qərarları kontekstində geniş müzakirə olunacaqdır. İştirakçılar yalnız normativ çərçivəni deyil, həm də real hüquqi mübahisələrin konstitusion əsaslarını təhlil etmək imkanı əldə edəcəklər.
Təlimlər BDU Hüquq fakültəsinin tələbəsi Xəqani Orucov tərəfindən təqdim ediləcəkdir.
Konstitusional düşüncənin dərinliklərinə birlikdə nəzər salmaq ümidi ilə sizi modulda iştirak etməyə dəvət edirik.
_edited.jpg)