

Vaxt & Məkan
23 noy 2025, 16:00 – 18:00
Google Meet
Məlumat
"Delikt Hüququ" Modulu ilə BİLİKLƏRİNİZİ Peşəkar Səviyyəyə Qaldırın!
Hörmətli izləyicilər və gələcəyin hüquqşünasları!
“Legatrix” layihəsi çərçivəsində, gündəlik həyatımıza ən yaxın, ən dinamik və praktik hüquq sahəsi olan "Delikt Hüququ" modulu ilə start veririk!
Bu modul sizə yalnız nəzəriyyəni öyrətməyəcək, həm də real həyatdan kazuslar (praktiki nümunələr) üzərindən:
Hər hansı bir zərəri hüquq prizmasından qiymətləndirmək bacarığını;
Deliktin yaranması üçün tələb olunan ən vacib şərtləri;
Və beynəlxalq müstəvidə tənzimlənmə prinsiplərini dərindən mənimsətməyə kömək edəcək.
📝 Modul üzrə 3 Əsas Təlim:
Deliktin anlayışı və mahiyyəti.
Deliktin ayrı-ayrı növləri.
Beynəlxalq xüsusi hüquqda deliktin tənzimlənməsi.
📅 İLK TƏLİM: 16 Noyabr tarixində baş tutacaq!
🎤 Spiker: Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi Sevinc Kərimova. Sevinc sizi nəzəriyyə ilə yanaşı, Delikt hüququnun tətbiqinə yönəlmiş intensiv müzakirələrə dəvət edir.
👉 Təxirə Salmayın! Yerlər məhduddur və bu bilik bazası hüquq karyeranız üçün açar rolunu oynayır.
_edited.jpg)