

11 may, B.
|Cozy Coffee Baku
Cinayət tərkibi və cinayətlərin tövsifi
Tövsifi bilməyən hüquqşünas əmələ düzgün qiymət verə bilməz
Vaxt & Məkan
11 may 2025, 15:00 – 17:00
Cozy Coffee Baku, 11 Vaqif prospekti, Bakı, Azerbaijan
Qonaqlar
Məlumat
Görüşdə müzakirə olunacaq
Cinayət hüququnun əsas anlayışlarından biri olan cinayət tərkibi, konkret bir əməlin cinayət kimi tanınması və hüquqi məsuliyyətin yaranması üçün tələb olunan məcburi əlamətlər məcmusudur. Bu mühazirədə cinayət tərkibinin dörd əsas elementi — obyekt, obyektiv tərəf, subyekt və subyektiv tərəf ətraflı şəkildə izah ediləcək. Hər bir elementin funksiyası, cinayətin quruluşundakı rolu və bu elementlərin müəyyən edilməsinin hüquqi əhəmiyyəti nəzərdən keçiriləcək.
Dərsin ikinci hissəsində isə cinayətlərin tövsifi mövzusu müzakirə olunacaq. Tövsif — cinayət əməlinə düzgün hüquqi qiymət verilməsi prosesidir və istintaq, prokurorluq və məhkəmə orqanlarının fəaliyyətində xüsusi yer tutur. Tövsif zamanı cinayətin mahiyyətinə, maddi və psixoloji xüsusiyyətlərinə diqqət yetirilir. Eyni cinayət əməlinin fərqli maddələrlə tövsif olunması halları, məqsəd və niyyətin tövsifə təsiri, eləcə də hüquqi səhvlərin məsuliyyətə necə təsir etdiyi izah olunacaq.
Bu mövzu gələcəkdə istintaq fəaliyyətində, məhkəmə praktikası və cinayət hüququ üzrə ixtisaslaşmada vacib baza biliklərindən biridir.