

27 apr, B.
|Cozy Coffee Baku
AİHM-ə gedən yol: Şikayət mexanizmləri və praktik nüanslar
AİHM-ə müraciət qaydaları və incə hüquqi nüanslarla tanış olun!
Vaxt & Məkan
27 apr 2025, 14:00 – 16:00
Cozy Coffee Baku, 11 Vaqif prospekti, Bakı, Azerbaijan
Məlumat
Ədalət bəzən millətlərin sərhədlərini aşaraq beynəlxalq tribunaya üz tutur.Bu tribunaların ən güclülərindən biri isə Avropa İnsan Hüquqları Məhkəməsi – qısaca AİHM-dir. ⚖️🌍
Amma bir çox insan üçün AİHM sadəcə “son ümid” kimi tanınır. Halbuki bu məhkəməyə gedən yolun açıq, anlaşılan və hüquqi əsaslara dayanan bir prosesi var.Bəs bu yol necə başlayır?
📌 Əvvəlcə: Daxili hüquqi yollar tükənməlidir.
📌 Daha sonra: Müraciət müddəti, uyğun forma və konkret əsaslandırmalar tələb olunur.
📌 Və nəhayət: AİHM qarşısında hüququnuzu müdafiə edə biləcək güclü bir təqdimat.
Bu mövzuda etdiyiniz hər bir səhv sizin hüququnuzun geri çevrilməsinə səbəb ola bilər.Ona görə də həm hüquqşünaslar, həm də vətəndaş cəmiyyəti fəalları üçün bu mövzu olduqca vacibdir.
Bu paylaşımda sizə təqdim edəcəyimiz əsas məqamlar:
🔹 AİHM-ə şikayət vermə prosesi necə işləyir?
🔹 Müraciət formasında ən çox rast gəlinən səhvlər hansılardır?
🔹 Praktik nümunələr və real qərarlardan çıxarılan dərslər.
🔹 Müraciət zamanı hüquqi əsaslandırma necə qurulmalıdır?
Əgər siz də insan hüquqlarının beynəlxalq səviyyədə müdafiəsinə maraqlısınızsa, bu mövzu sizin üçündür.Ədalətə gedən bu uzun və səliqəli yolda bir addım da bizdən olsun.
#AİHM #HüquqMaarifləndirmə #AvropaMəhkəməsi #İnsanHüquqları #HüquqYolu #kalkhan #qalxan
_edited.jpg)

